Haqqımızda

Haqqımızda

“İdrak” İctimai Birliyi 29 sentyabr 2006-cı ildə yaradılmışdır. Buna səbəb Azərbaycan cəmiyyətində dinə qayıdış meyllərinin artması olmuşdur. Bu proses bu günə qədər davam edir, lakin bu yolda müəyyən problemlər də ortalığa çıxmışdır. Məsələ burasındadır ki, keçmişdə hakim olan ateizm ideologiyası insanların şüurunu və həyat dəyərlərini, o cümlədən dinə münasibətini, dəyişmişdir. Dinə qayıdış, bizim cəmiyyətdə İslam dininin dəyərləri əsasında düşünülsə də, problemlərin yaranması insanların təhsil səviyyələrinin, sosial təbəqələrinin, həyata baxışlarının müxtəlifliyi səbəbindən yaranmışdır. Buna görə insanlar ilk mərhələlərdə çaşqınlıq hissləri keçirmişdirlər. Məsələ burasındadır ki, onlar həyatlarının dini təlim əsasında necə qurulacağı sualına cavab tapa bilməmişdirlər. Dini xadimlərinin isə arasında bəzi məsələlərə dair ixtilafları baxışları məsələni daha da kəskinləşdirmişdir. Bu isə, öz növbəsində, bəzi ifratçı baxışların meydana gəlməsinə gətirmişdir və cəmiyyətdə müəyyən gərginliyin yaranması ilə nəticələnmişdir. Mötədillik prinsiplərini öz fəaliyyətində rəhbər tutan “İdrak” İctimai Birliyinin yaranmasının səbəblərindən biri də məhz bu amil olmuşdur.

“İdrak” ictimai birliyi Azərbaycan cəmiyyətini İslamın əsl mahiyyəti olan mötədillik prinsipləri ilə tanış etməklə məşğul olur. Öz fəaliyyətində, müsəlmanların arasında və onların başqa dinlərin nümayəndələri ilə münasibətlərdə dialoqun və tolerantlığın tərəfdarı kimi çıxış edir. Buna elmi və ictimai fəaliyyəti nəticəsində nail olur. Birliyin məqsədi həmdə, mötədillik prinsiplərini tətbiq edərək və hər bir ifratçılığı rədd edərək, müasir müsəlmanın intellektual səviyyəsinin artırılmasından ibarətdir. Bizim məqsədimiz bir tərəfdən öz köklərinə bağlı, digər tərəfdən isə müasir düşüncə tərzinə malik olan və dini təəssübkeşlikdən azad olan yeni müsəlman nəslinin yetişdirilməsindən ibarətdir.

Bu məqsədlərə nail olmaq üçün, Birlik ölkə daxilində müxtəlif treninqlər və kurslar təşkil edir. Ehtiyac olanda, yerli kadrların xarici ölkələrdə bu yönümlü kurslara yollanmasına da yardım edir.Eyni zamanda, Birlik yerli alim və mütəxəssislərlə də əməkdaşlıq etməkdədir. Onlar öz təcrübələri və bilikləri sayəsində “İdrakın” apardığı işlərdə fəal iştirak edirlər.
İctimai Birliyin təşkil etdiyi treninq və kurslarda azərbaycanlı mütəxəssislər tərəfindən mühazirələr oxunmuşdur. Eyni zamanda, din və onun müasir problemlərlə əlaqəsi sahəsi ilə məşğul olan müxləlif müəlliflərin yazdığı ona yaxın kitabı Birlik tərəfindən nəşr edilmişdir. Hal hazırda “İdrak” yerli və xarici müəlliflər tərəfindən yazılmış bir sıra yeni və aktual kitabları nəşrə hazırlayır.



Şərh yazmaq