Orta Yol
İslamda “Orta yol” prinsiplərini rəhbər tutmağın zərurəti bir tərəfdən müasir zamanın tələblərinə cavab vermək istəyindən, digər tərəfdən isə həm dünyada, həm də müsəlman ümmətində baş verən dəyişikliklərdən yaranmışdır. Mərkəzimizin məqsədi insanları bu yola, ümmətin həqiqi durumunu əks etdirən müasir təbliğat metodlarından istifadə edərək, dəvət etməkdən ibarətdir. Bu iş ümmətin birliyinin təmin edilməsi və onun xırda təriqətlərə parçalanmasının qarşısının alinması nöqteyi-nəzərindən vacibdir. “Orta yol” xətti, mötədillik prinsipləri, İslam dininə əzəldən xass olan xüsusiyyətlərdir və bu barədə Quran ayələri açıq bəyan edir. Mərkəzimiz İslamın əsl mahiyyətinin və mötədillik prinsiplərinin nədən ibarət olması haqqında məlumatın kutlələr arasında təbliğ edilməsi işinə xidmət edir. İctimaiyyəti və elm xadimlərini tolerantlıq, müsəlmanlar arasında anlaşılma, dinlər arası dialoq istiqamlərində əməli addımların atılmasına çağırır. Bununla mərkəz ümmətin parçalanmasına yönəlmiş cəhdlərin qarşısının alınması, dünya müsəlmanları arasında ixtilafların aradan qaldırılması istiqamətində əməli addımların atılmasına çalışır. Bu gün İslam ümməti üçün dünya ilə ünsiyyət yollarının seçilməsi və gördüyü işlərə düzgün qiymətin verilməsi olduqca önəmli məsələdir. Məsələ burasındadır ki, İslam ümməti dünyada öz layiqli yerini tutmalı, nüfuz sahibi olmalı, nailiyyətlər əldə etməlidir. Lakin, bəzi hallarda, bütün bu niyyətlərin qarşısını dözümsüzluk, təəssübkeşlik, biganəlik, məsuliyyətsizlik, tənbəllik kimi mənfi və ziyan verici hallar alır. Buna görə də “Orta yol” prinsiplərinin yolu ilə getmək və onları inkişaf etdirmək bu problemlərin həlli üçün yetərli bir vasitədir. Əslində “Orta yol” – İslamın özüdür, onun mahiyyətidir. Mərkəz mötədillik və tolerantlıq prinsiplərini rəhbər tutaraq, müasir müsəlmanların düşüncə tərzini düzgün yola istiqamətləndirməyi özünün vəzifəsi hesab edərək, ifrat ideyalardan yayınmağa və dinə biganə qalmamağa çağırır. Yeni nəsil müsəlmanları bir tərafdən köklərinə bağlı olmalı, digər tərəfdən isə müasir həyatın tələblərinə uyğunlaşmalıdırlar. Və bu işdə biz öz iştirakımızı əsirgəməyəciyik.
Mərkəzin məqsədləri aşağıdakılardır:
· Cəmiyyətin inkişafı yolunda çalışmaq, onun birliyini və həmrəyliyini İslamın mötədillik prinsiplərinə uyğun olan mədəni köklərin əsasında təmin etmək və cəmiyyətin ümumi real problemlərdən xəbərdar olmaq;
· Siyasətə müdaxilə etməmək;
· Milli, etnik və dini ixtilaflara zəmin yaratmamaq;
· Başqa fikirli insanlara, əqidə fərqləri olsa belə, dözümlə yanaşmaq;
· Eyni məqsədlər güdən təşkilatlarla əməkdaşlıq etmək;
· Bu sahələrdə təlimlərin keçirilməsi;
· Tədqiqatların və onlarlı bağlı nəşriyyat işlərinin həyata keçirilməsi;
· İslamofobiyanın qarşısının alınması üçün işlərin görülməsi;
· İslami yanaşma ilə sekulyar mövzular üzrə təlimlərin keçirilməsi (Ailə və Cəmiyyət, Alkoqolizm, QİÇS böhranı);
· Nəşriyyat işlərin görülməsi (mövzularla əlaqədar Müsəlman, Rus və Qərb alimlərinin kitablarının tərcümə edilməsi);
· Bənzər problemlərə nəzər yetirilməsi (radikalizm, dinlərə qarşı mənfi mövqe);
· Bu mənfi hallara gətirən səbəblərin tədqiq edilməsi (İslam əleyhinə yazan müəlliflər ilə nə cür işlər görülməli, onun bu din haqqında yanlış fikirlərini hansı yolla ona başa salmaq problemi);
· Müəlliflərlə əlaqələrin möhkəmləndirilməsi (İslam və onunla əlaqədar cəmiyyət problemləri haqqında informasiyaların yayılmasında vasitəçi rolunu oynamaq).