Ağıl və möcüzə baxımından... (Əbdülhəmid əbu Süleyman)

Ağıl və möcüzə baxımından... (Əbdülhəmid əbu Süleyman)

Bu məqalə Quran mədəni dünyagörüşünün başlıca probleminə toxunduğu üçün əhəmiyyətli hesab olunur. İslam mədəniyyətinin quruluşunda bazis-stereotip hesab edilən bu dünyagörüşü forması mənəvi olub, varlıq və insan həyatının əsas prinsipləri ilə əlaqədardır. Dünya həyatı və axirətlə əlaqəli istənilən dünyagörüşü o halda “rəsmi” (məqbul) hesab olunur ki, varlıq aləminin xaliqi tərəfindən təsis edilsin. Bununla yanaşı, axı varlıqla əlaqəli əsas anlayışlar və axirət məsələləri ağılla dərk olunur. Məqalədə qarşıya qoyulan məqsəd iman institutunun əqli və nəzəri mahiyyətini, bundan irəli gələn başlıca varlıq prinsiplərini izah etməkdir. Bu, həm də islam dünyagörüşünün məzmununu əmələ gətirir. Elə bir məzmun ki, hələ uşaqlığından müəllifə istiqamət vermiş, onun islama baxış tərzini formalaşdırmış, mənəvi və maddi həyatının mənasını əmələ gətirmişdir. Müəllif ümid edir ki, məqalə oxucularda aydın və möhkəm təsəvvürlərin yaranmasına kömək olacaq, vəhdaniyyətə (tövhid), varislik və yaxşılaşdırma işinə (islah) əsaslanan dünyagörüşü formasının məzmununu daha da açacaqdır.


Şərh yazmaq