Haqqımızda

“İdrak” İctimai Birlliyi 29 Sentyabr 2006-cı ildə yaradılmışdır. İctimai Birliyin yaradılmasının səbəblərindən biri Azərbacan cəmiyyətində İslam dininə yenidən marağın artması olmuşdur. Cəmiyyətin İslam dininin formalaşdırdığı ənənəvi milli və mənəvi dəyərlərə, həm də digər dünya dinlərinə artan marağı, postsovet Azərbaycanı üçün bir sıra yeni hadisələrin və tendensiyaların yaranmasına səbəb oldu. Məhz bu hadisələr “İdrak” İctimai Birliyinin diqqətini cəlb etdi. Uzun zaman hökmranlıq edən ateist ideologiyası, cəmiyyətin dünya görüşünü, həyat dəyərlərini və dini münasibətlərə öz təsirini göstərmişdi. Dinşunaslıq sahəsində mütəxəssislərin çatışmazlığı və bu sahə üzrə elmi ədəbiyyatların, din və onun daxilindəki cərəyanlar haqqında etibarlı və obyektiv məlumatların azlığı İslam təfəkkürünün öyrənilməsi yolunda ciddi problemlərin olduğunu üzə çıxartdı.

“İdrak” İctimai Birliyinin əsas məqsədlərindən biri də məhz yuxarıda sadalanan problemlərin öyrənilməsi və detallı şəkildə həll edilməsi olmuşdur. Bu səbəbdən “İdrak” İctimai Birliyi əvvəllər də Azərbaycan cəmiyyətinə xas olan mötədillik, dözümlülük və tolerantlıq kimi prinsipləri ictimayətə aşılamağa çalışır. İctimai Birlik müsəlmanları öz aralarında və digər dinlərin nümayəndələri ilə mehriban olmağa, qarşılıqlı anlaşma və dialoq mühitində olmağa çağırır. “İdrak” İctimai Birliyin ən mühüm məsələlərindən biri də çağdaş müsəlman cəmiyyətinin intellektual səviyyəsinin artırılmasına xidmət etməkdir.

Bu məqsədlərə nail olmaq üçün “İdrak” İctimai birliyi aktiv şəkildə elmi və ictimai fəaliyyətlərlə məşqul olur. Bu fəaliyyətlərin içində xarici ədəbiyyatların tərcüməsi, tələbələr üçün treninq və kursların təşkili mühüm yer tutur. “İdrak” İctimai Birliyi həmçinin humanitar elmlərin müxtəlif sahələri üzrə aparıcı azərbaycanlı və xarici mütəxəssislərlə (dinşünaslar, politoloqlar, şərqşünaslar, sosioloqlar, jurnalistlər və s.), yerli ictimai təşkilatlar və Azərbaycan İlahiyyat İnstitutu ilə sıx əməkdaşlıq edir. “İdrak” İctimai Birliyi İslam dini, onun çağdaş dünyada rolu və dinlə bağlı bəzi problemlər kimi mövzuları ehtiva edən çox sayda yerli və xarici mütəxəssislərin kitablarını da nəşr edir.

Orta Yol

“İdrak” İctimai Birliyi


Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən QHT olan “İdrak” Mötədillik Prinsipi Üzrə Azərbaycan Beynəlxalq İslam Konqresi İctimai Birliyi öz fəaliyyətini Azərbaycan Respublikasının yerli qanunvericiliyinə uyğun həyata keçirir.


Birliyin məqsəd və vəzifələri


Birliyin əsas məqsədləri bunlardır:


– mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi;

– cəmiyyətdə tolerantlığın bərqərar olmasına köməklik;

– müxtəlif mövqelərə və fikirlərə qarşı dözümlülük və tolerantlıq mühitinin yaradılması.


Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün İctimai Birlik aşağıdakı fəaliyyətləri həyata keçirir:


– ekstremizm, narkomaniya, alkoqolizm, əxlaqsızlıq kimi neqativ hallara qarşı mübarizə məqsədilə əhalinin maarifləndirilməsi;

– dinlərarası qarşılıqlı əlaqənin yaradılmasına yönəlmiş tədbirlər kompleksi;

– Birliyin prinsiplərinə uyğun gələn konfransların, simpoziumların, treninqlərin, elmi-praktik görüşlərin, o cümlədən idman və əyləncə tədbirlərinin təşkili;

– neqativ halların qarşısının alınması üçün İctimai Birliyə oxşar prinsiplərə sahib olan digər beynəlxalq, regional və yerli təşkilatlarla əlaqələrin qurulması;

– yuxarıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə təcrübə mübadiləsi aparmaq və bu mövzular üzrə müxtəlif beynəlxalq konfrans və simpoziumlarda iştirak etmək;

– Azərbaycan dövlətçilik ənənələri, mədəniyyəti, dini və iqtisadiyyatı mövzularını əhatə edən müxtəlif ədəbiyyatların, elmi əsərlərin və sənədlərin xarici dillərə tərcüməsinin təşkili;

– Azərbaycan gənclərinin milli dəyərlərin tanıdılmasında iştirak;

– müxtəlif elmi tədqiqatlar aparır, seminarlar, kurslar, dəyirmi masalar, görüşlər, sərgilər, konfranslar, xeyriyyə marafonları, forumlar və digər tədbirlər təşkil edir;

– Azərbaycan Respublikasının müvafiq dövlət orqanları və bələdiyyələri ilə əməkdaşlıq edir.