BİZİM NƏŞRLƏR

25.12.2018
11.10.2018
U ca Allaha həmd-səna, Onun elçisi Məhəmmədə isə salam və xeyir-dua olsun! Həqiqətən, islam üstün tərbiyəvi prinsiplərə malikdir. Bu prinsiplər kiçiyindən, böyüyündən, qadın və ya kişi olmağından asılı olmayaraq hər bir müsəlmanın qəlbinə sabit tərbiyələndirici üslubda nüfuz edə bilir. Müsəlmanın şəxsiyyəti onlarsız formalaşa bilməz. Bu prinsiplərə əməl etmədikcə kamillik dərəcəsinə varmaq da mümkün olmayacaqdır. İslam özünün bu prinsiplərini fərdlər və toplumların qəlbinə nüfuz etdirməklə səmərəli əməkdaşlığa, sıx əlaqəyə, yüksək ədəbə və qarşılıqlı sevgiyə əsaslanan bir cəmiyyət qurmuşdur. Belə prinsiplərdən biri də islamın ictimai quruluşunu formalaşdıran Allah naminə qardaşlıq və sevgi prinsipdir. Bu prinsip özündə elə sosial münasibətləri və əlaqələri ehtiva edir ki, onlar da öz növbəsində möminləri tək Allaha iman, eyni taleyə inam və yalnız bir yolla addımlama ilə xarakterizə olunan, qan və nəsil qohumluğundan ali münasibət və əlaqələr çərçivəsində birləşdirir. İslam öz cəmiyyətini qurarkən müsəlmanları tək bir yumruğa çevirən, onları eyni məqsədə birlikdə nail olmağa təhrik edən bu prinsipin gücündən istifadə etmişdir. Əlaqə və münasibətlər sisteminin bu həddinə yetişmədə islam öz övladlarının qarşısına bir çox qayə və şərt qoymuş, onları bu məqsəd və qayələrə yetişmək üçün ruhlandırmışdır. Hədislərin birində islam peyğəmbərinin (Ona Allahın salamı və xeyir-duası olsun!) dilindən oxuyuruq: “Həyatım əlində Olana and olsun ki, (səmimiyyətlə) iman etmədikcə cənnətə girməz, bir-birinizi sevmədikcə də (səmimiyyətlə) iman etmiş olmazsınız. Sizə elə bir şey deyimmi ki, ona əməl etdiyinizdə bir-birinizi sevmiş olasınız? Elə isə bir-birinizlə bolluca salamlaşın”.
Səhifələr 1 2 3 4 5