BİZİM NƏŞRLƏR

11.10.2018
G ənc dost, əlində tutduğun bu kitab indiyə qədər oxuduğun başqa kitablara bənzəmir. Burada oxuyacağın hekayələr səni yalnız əylən-dirməyəcək, təkcə məlumatını artırmayacaq, həm də qəlbinə xeyir-xah hisslər aşılayacaqdır, özünü və dünyanı dərindən anlamağa sənə kömək edəcəkdir. Sən ətrafına ilahi sehrin gücü ilə nəzər salacaqsan, mürəkkəb həyat yollarında Böyük Allahın himayəsinə sığınmaq istəyə-cəksən. Peyğəmbərmizin və onun səhabələrinin həyatından götürülmüş bu cəlbedici, eyni zamanda ibrətamiz və dərin mənalı hekayələr birbaşa sənin qəlbinə və ağlına ünvanlanmışdır. Lakin unutma ki, bunları oxuyub sən özün nəticə çıxartmalısan, yeri-göyü yaradana münasibətini özün müstə-qil şəkildə müəyyənləşdirməlisən. Kitab yalnız sənin xeyirxah məsləhətçin ola bilər; sən özün yəqin edəcəksən ki, Allah təalaya sonsuz inam və məhəbbət insan ömrünü necə də ucaldır və zənginləşdirir, onu necə də nəcib əməllərə sövq edir. Sən ona da əmin olacaqsan ki, yer üzündə Uca Allaha itaətdən böyük səadət yoxdur. Bəlkə də sənin qarşında tamamilə yeni bir ömür yolu açılacaqdır; sən həyatın, yaşayışın yeni, ən yüksək bir anlamı ilə qarşılaşacaqsan və bizim hamımızı Allah təalaya qovuşduran həmin müqəddəs yolu seçəcəksən! Bu çətin və şərəfli yolda Mərhəmətli Allah özü sənə kömək olsun!
11.10.2018
A köm ək və bağışlanma diləyir, bizi doğru yola yönəltməyini ləmlərin rəbbi olan Allaha həmd olsun! Ona şükür edir, Ondan istəyirik. Nəbi və peyğəmbərlərin sonuncusu, Allahın yaratdıq‐ larının ən safı olan Abdullah oğlu Məhəmmədə salam deyir, xeyir‐dua göndəririk. Allahın salamı və xeyir‐duası onun, ailəsinin və səhabələrinin üzərinə yetişsin! Bu kitabın yazılması onun çap edilib cəmiyyətə paylanılması kimi təktərəfli niyyətin nəticəsi deyildir. O, institutun müşavirləri və onun problemləri və qayğılarına şərik olanların mütəmadi olaraq müraciət edəcəyi fəaliyyət xartiyası funksiyasını daşımaqla yanaşı, Ümumdünya İslam Düşüncəsi İnstitutunun kollektivi və institutla əməkdaşlıq edənlərin fəaliyyət kursunun ideoloji əsasını formalaşdırılmasında zəruri olan fikir müştərəkliyinin ifadəsi rolunu oynayır. Xatırladım ki, bu kitabda yer alan əsas ideyalar institutun 1989‐cu ilin 4‐10 mart tarixləri arasında çağırılmış konfransda iştirak etmiş mötəbər kollektivinin və onunla əməkdaşlıq edənlərin yararlanması məqsədilə hazırlanmışdı. Konfransın keçirilmə məqsədi isə sözügedən institutun yaradılmasından konfransın keçirilmə tarixinə qədərki dövr ərzində institutun fəaliyyəti prosesi ilə tanış olmaq, ideoloji‐mədəni fəaliyyətin gələcək istiqamətini müəyyənləşdirmək idi. Xartiya digər iştirakçı müşavir qardaşlarımızın da marağına səbəb oldu. Orada öz əksini tapmış problemlər müfəssəl şəkildə müzakirə olundu. Belə bir təklif irəli sürüldü ki, xartiyanın mətni konfransda iştirak edə bilməyənlərə göndərilməklə sözügedən problemlərə dair onların da fikirləri, mülahizələri öyrənilsin. Beləliklə, xartiyanın mətni institutla əməkdaşlıq edən alimlərə və professorlara da göndərildi.
11.10.2018
Qloballaşma vә inteqrasiya proseslәrinin vüsәt aldığı bir dövrdә dünyanın ideoloji-siyasi mәnzәrәsindә köklü dәyişikliklәr baş vermişdir. Şәxsi mәnafe vә ideoloji kursun qәbul etdirilmәsindә әnәnәvi metodlar yenilәri ilә әvәzlәnmiş, dövrlә ayaqlaşmaq, yeniliklәrә bәlәd olmaq zamanın tәlәbi halına gәlmişdir. İndiyәdәk – XXI әsrin ilk onilliyinәdәk zorakı vasitәlәr bu vә ya digәr ideologiyanın tәtbiqindә әksәrәn başlıca rola malik olduğu halda günümüzün reallığı sivil yollardan istifadәni zәruri etmişdir. Bu sәbәbdәn kütlәvi informasiya vasitәlәrinin (mәtbuat, media, internet, peyk kanalları vә s.) rolu artmış, informasiya mübarizәsi vә üstünlüyü tәmayülü dünyanın indiki siyasi-ideoloji reallığına hakim kәsilmişdir. Sivil mübarizә vasitәlәri digәr vasitәlәri haradasa qabaqlamışdır. Ancaq tәәssüflәndirici haldır ki, sivil vasitәlәr belә, dünyanın hegemon qüvvәlәrinin “oyuncağı” halına gәlmiş, sui-istifadә obyektinә çevrilmişdir. Elә isә belә sivil vasitәlәrin hazırlanmasında yaxından iştirak etmәk, onların tәtbiqindә peşәkarlıq göstәrmәk tәlәb olunur. Tәlәb olunur ona görә ki, hәtta sivil vasitәlәrlә belә, böyük güclәrin oyunundan qaçmaq, istifadә edilәn tәrәfә çevrilmәmәk mümkün olsun. Haqqında danışdığımız sivil vasitәlәrin әn ümdәsi dialoqdur desәk yanılmarıq. Çünki şәxsi rәy vә mövqe barәdә qarşı tәrәfin sivil yolla mәlumatlandırılması mәhz dialoq vasitәsilә mümkündür. Dialoq bizә imkan verir ki, dәyәrlәrimizi, ideyalarımızı müqabil tәrәfә 4 Dialoq mәdәniyyәti vә metodologiyası
11.10.2018
Dünyada hər şey: canlı və cansız təbiət, komponentləri bir-birindən fərqlənir, iyerarxik, həm də çoxnövlü tərtibata əsaslanır; həm çeşidli təsnifat, həm də əks kateqoriyalar varlıq dünyasının zənginliyinə zənginlik qatır, kainatın əsrarəngizliyində İlahi Qələmin qüdrətini izhar etdirir. Maddi və fiziki aləmdə, bu aləmi əmələ gətirən bütün komponentlərdə müxtəliflik olduğu kimi, hadisə və mücərrəd mahiyyətlərdə də eyni hal ümumi qanunauyğunluğun səmərəsi olaraq meydana çıxır. Kainatda məqamı uca tutulmuş insan oğlu öz həmcinslərindən rənginə, dilinə, anatomik quruluşuna... görə fərqləndiyi kimi, düşüncəsinə, əşya və hadisələrə baxış tərzinə görə də fərqlənir. Bu fərqlilik, əslində insan zəkasının mühakimə və təhlil, düşüncə və müşahidə bacarığındakı namütənahiliyi göstərir. Eyni əşya və ya hadisəyə müxtəlif prizmalardan münasibət bildirmək ilk baxışda mexaniki çeşidlilik təsəvvürü bağışlayır, mətləbdən kənarlaşma kimi görünür. Əslində isə bu müxtəliflik ayrı-ayrı detallara dair məlumatların məcmusu olaraq nəzərdən keçirilməlidir. Çünki insanlar bu və ya digər əşyaya, hadisəyə öz prinsipləri əsasında nəzər salır, “görmək” istədiklərini “görürlər”. Birinin prinsipləri digərininkindən fərqləndiyi üçün onun “görmədiyini” başqası “görür”... Məhz bu nöqteyi-nəzərdən müxtəliflik, deməli, detallı yanaşma kompleks təsəvvürün yaranmasında əhəmiyyətli rola malikdir. Bir mahiyyətə dair ayrı-ayrı təsəvvürlər toplandıqda həmin mahiyyətin bütöv təsviri yaranır. Şaxəli düşünə bilmək inkişafa rəvac verir, tərəqqi yaradır. Madam ki Allah Təala insanları fərqli zəka və düşüncədə yaratmışdır, deməli, onlar əşya və hadisələrə müxtəlif formalarda münasibət bildirəcəklər. Konkretlik müxtəlif yanaşmalara açıq olmaq xüsusiyyətindən uzaqdır. Mücərrədlikdə isə bunun əksi müşahidə olunur. Mücərrəd və mürəkkəb konstruksiyalı məsələlərdə fərqli mövqelərdən çıxış etmək təbii hal hesab edilməlidir. Çünki bu fərqi mövqelərdə bir-birinə zidd məqamlar deyil, mücərrəd məsələlərin ayrı-ayrı detallarına müvafiq münasibət vardır. Din də müəyyən tərəfləri ilə konkret, müəyyən tərəfləri ilə də mücərrəddir. Əqidə mövzuları (Allahın təkliyi, vəhy və peyğəmbərlik təsisatının mövcudluğu, axirət həyatı, mələklər aləmi...) nə qədər konkretdirsə, fiqh məsələləri bir o qədər mücərrəddir, fərqli izahlara açıqdır. Biz bu məqamda izaha açıq məsələlərdə müxtəlif mövqelərdən çıxış etmənin islamdakı statusu mövzusuna toxunmaq istəyirik. Mövzu həm aktual, həm də mühümdür. Aktualdır ona görə ki, indiki dövrdə müsəlmanlar arasında müxtəlif fikirliliyə (söhbət təbii ki, izaha açıq dini məsələlər ətrafında yaranmış müxtəlif yanaşmalardan gedir) mənfi münasibət mövcuddur və bu mənfi münasibətin fonunda parçalanma, iman qardaşlığı təsisatının zədələnməsi olduqca qabarıq görünür. Mövzunun mühümlüyü isə ondadır ki, bir sıra əlaqədar məqamlara aydınlıq gətirmək sağlam müzakirə və polemika abı-havası yaradacaq, bununla da, fərqli mövqedən çıxış edən müsəlmanların arasında yaxınlaşma baş verəcəkdir. Çünki düşüncələrdəki müxtəliflik hisslərə təsir etdikdə, qəlblərin müxtəlifliyi – ixtilafı yaranır ki, bu da iman qardaşlığı prinsipinə xələl gətirir.
11.10.2018
Aləmlərin rəbbi olan Allaha həmd olsun! Sonuncu peyğəmbər, böyüyümüz və imamımız Həzrəti Məhəmmədə, ailəsinə, cəmi səhabələrinə və haqq yolla gedənlərə Allahın xeyir-duası və salamı yetişsin! Bütün sivilizasiyalar kimi Müsəlman sivilizasiyası da tarixin müəyyən mərhələsində inkişafın zirvəsinə çatmış, müəyyən mərhələsində də tənəzzül etmişdir. Vaxt vardı Roma imperiyası (həm də sivilizasiyası) “Bütün yollar Romaya aparır” deyiminin də ifadə etdiyi qüdrət və əzəmətə məst olaraq dünyaya hökm edirdi. Ancaq romalılar bu üstünlüyü qoruyub saxlaya bilmədilər. Sosial-mədəni tənəzzüllə başlanan siyasi çöküş nəticəsində bu qüdrətli imperiya barbarların qolları arasında can verdi. Dövlətin yıxılması ilə Roma mədəniyyəti deyilən şey də yox olub, tarixin qaranlıqlarına qarışdı. Az qala, Hindistanadək uzanan Yunan-ellin mədəniyyəti də eyni aqibəti yaşadı. Bir sözlə, vaxtı ilə Afrikanın şimalından Sakit okeanadək uzanan coğrafiyada dini, mədəni, sosial-siyasi həyatın konturlarını cızan mədəniyyətlər müəyyən vaxtdan sonra öz əhəmiyyətini itirib tarix səhnəsindən silindilər. VII-XI əsrlərdə bu geniş arealda yeni bir sivilizasiya – Müsəlman sivilizasiyası yaranaraq inkişaf etdi. Bu sivilizasiya özü ilə yeni tarix, yeni dəyərlər, yeni mədəniyyət gətirdi. Digər sivilizasiyalardan fərqli olaraq, Müsəlman mədəniyyətinin yaranıb inkişaf etməsində, o vaxtkı dünyanın mövcud mənzərəsini müsbət cəhətdən dəyişməsində stimul kimi din – islam dini çıxış etmişdi. Roma, Fars, Yunan-Ellin və Bizans mədəniyyətləri özlərinin yaranıb yayğınlaşmasında qüdrətli dövlət təsisatına, hərbi ekspansiyalara borcludurlar. Bu sivilizasiyaların kökündə hərbi gücün dayandığını görmək üçün bircə fakta diqqət yetirmək kifayətdir: eyniadlı dövlətlər süqut edən kimi, bu mədəniyyətlər də tənəzzülün məşum kölgəsində yox oldular. Bu sivilizasiyaların qalıqlarına xalqların mədəni-məişət həyat tərzində də olsa rast gələ bilmirik. Dedik ki, Müsəlman mədəniyyəti islam dininin doğurduğu mütərəqqiliyin obyektiv nəticəsi idi. Allahın bəşəriyyətə göndərdiyi sonuncu din səhra insanını ayıldıb, Ərəbistanın qumlu səhralarından dartıb çıxardı, yeni mədəniyyətin pioneri olsun deyə ona qurub-yaratma həvəsi bəxş etdi. Bu insan islamın ona verdiyi zəka və imanın, əxlaq və elmin, müdriklik və cəsarətin haqlı diktəsi ilə bəşəriyyəti yeni dinlə tanış etdi, köhnə sivilizasiyaların, ancaq adları qalmış imperiyaların xarabalıqları üzərində qüdrətli bir mədəniyyət yaratdı. Bütövlük, universallıq və mütərəqqiliklə səciyyələnən bu mədəniyyətdə dinlə elmin dostluğu dillərə dastan olmuş, inancla zəkanın vəhdəti qibtə doğurmuşdu. Bəli, islamı doğru-dürüst başa düşmüş, həyatın müxtəlif sahələrinə uğurla tətbiq etmiş erkən nəsillərin sayəsində bu din öz nurunu ətrafa yaymış, cəhalətin, zülmün, ədalətsizliyin kölgəsini öz aydınlığı ilə əritmişdi. Qısa zaman ərzində bu coğrafiya “yenilənmiş”, inkişaf etmiş, Səmanın Sonuncu Vədinin səmərəsini “öz gözü” ilə görmüşdü. Bütün bu dəyişikliklərin, inkişafın arxasında, bir daha təkrarlayırıq, islam dayanırdı. Müsəlman intibahı öz mövcudluğunda dövlət təsisatına borclu deyildi. Onsuz da müəyyən dövrü çıxmaq şərti ilə ədalətli və mütərəqqi dövlət məsələsində müsəlmanların bəxti gətirməmişdi. Düzdür, xilafətin, ayrı-ayrı xəlifələrin rolu istisna edilmir. Ancaq bu rol sivilizasiyanın formalaşıb, intibahın da baş verməsində əhəmiyyətli “pay”a sahib deyildi. Hətta bunu o dövrün şairləri belə etiraf etmişdilər. Məsələn, dövrün hökmdarı Seyfəddövlə bizanslılarla döyüşdə qalib gəldiyində şair Mütənəbbi deyirdi: Sən öz rəqibini məğlub edən hökmdar deyilsən, Əksinə, İslam şirkə (küfrə) qalib gəlmişdir. İslamı doğru başa düşən, bunun da nəticəsi olaraq onu düzgün tətbiq edən erkən dövr müsəlmanları həm qüdrətli dövlət qurdular, həm də xalqların mədəni-dini, sosial-siyasi yenidənqurmasını həyata keçirdilər. İslamı Allah və peyğəmbərinin nəzərdə tutduğu şəkildə anlayan, bununla da, tarix yazan bir ümmət! Sağlam fəhmin, səmimi inancın doğurduğu məqsədyönlülük və müdrikliyi, uzaqgörənliyi əlində bayraq etmiş İlk Nəsil! Allahına, peyğəmbərinə, əcdadına, aliminə ehtiram bəsləyən o böyük insanlar! Tarix İslam xilafəti adlanan dövlətin də süqutunu gecikdirmədi. Bizi burada həmin prosesin necə baş verməsi maraqlandırmır. Əsas olanı budur ki, dövlətin süqutu ilə islam bir din, bir mədəniyyət, bir həyat tərzi olaraq yıxılmadı, yayıldığı torpaqlarda həmişəlik qaldı. Düzdür, müsəlmanlar ikinci intibahın şahidi olmadılar, amma islam insanların sosial-dini, mədəni-məişət həyatında özünün istiqamətverici funksiyasını qoruyub-saxladı. İnsafən qeyd edək ki, (biz bunu obyektivlik xatirinə deyirik) islamın mövcudluğuna baxmayaraq, Müsəlman coğrafiyası XIII əsrdən sonra tərəqqi üzünə həsrət qalıb. Sual yarana bilər ki, bu geriliyin səbəbkarı islam deyildir ki? “Xeyr” – deyir və ardından əlavə edirik ki, gerilik islamın doğurduğu nəticə deyildir; əksinə, bu, islamı qəlibə salmağın, mütərəqqi ruhunu donuqlaşdırmağın, ondakı dini çalarlığı çoxaldıb, sosial-siyasi, elmi-mədəni tərəflərinə laqeyd yanaşmağın, elmlə din arasında məsafə qoymağın, təzahürlə kifayətlənib mahiyyəti unutmağın səbəb olduğu gerilikdir. Bəli, islam bunda günahkar deyildir, bunda onu olduğu kimi anlamayan müsəlman zehniyyəti günahkardır. Əgər belə olsaydı, onda heç başlanğıcda da tərəqqi baş verməzdi, sivilizasiya yaranmazdı, intibahın əks-sədası dünyanı bürüməzdi; islam cahiliyyət qaranlıqlarını yıxmaz, əksinə, onu daha da tünd dona qərq edərdi. Düşünürük ki, Müsəlman dünyasını məlum dövrdən sonra çulğamış elmi-mədəni, sosial-siyasi geriliyin daxili və xarici səbəbləri vardır. Bizi burada xarici səbəblər deyil, daxili amillər maraqlandırır. Çünki hər şey daxildən başlanmışdı; nəhəng ağacı qurd içəridən yemiş, bivec küləklər də onu asanlıqla yıxmışdılar. Fikrimizcə, elmi, dini, mədəni və siyasi sahələrdə müsəlmanların geri qalmağının, inkişaf etmələrinin əsas səbəbini onların islama baxış tərzinin dəyişməsində axtarmaq lazımdır. Bir sözlə, İslam
11.10.2018
İslam dinində insanın məqamı uca tutulmuşdur. Quran ayələrinin təhlili göstərir ki, insan bu dinə görə ehtiram və şərəf-izzət sahibidir. Şüurlu varlıq sayıldığından iradə azadlığı və ixtiyarilik, onun təbii “mülkiyyət”i hesab olunur. Hətta azadlıq ən müqəddəs dəyər sayılan imanda da istisna edilmir: “...Kim istəyir inansın, kim də istəyir inanmasın...” (əl-Kəhf, 29). İraqlı hüquqşünas M.Ş. Əhməd (1934) bildirir ki, “Azadlığın insanın insanlığındakı dəyərini heç kəs inkar etmir. İnsanın xeyir təbiəti ilə səsləşən fitrət dini islamın bu dəyərlə əksliyi mümkündürmü?!” İslamda etiqad, yaxud da iman dedikdə qənaətbəxşlik və xatircəmlik başa düşülür. Məlum məsələdir ki, vicdanı zorla nəyəsə inandırmaq qeyri-mümkündür. Deməli, imana çağırışda qənaətbəxş inandırma və arqumentli izahlar əsas üsul kimi nəzərə alınmalıdır. Görkəmli müfəssir İbn Kəsir (1301-1373) yazırdı: “Müsəlmanlara görə iman dillə tələffüz edilən adi söz, yaxud da bədənlə icra edilən ayinlər deyildir; əksinə, onun əsasında qəlbin təsdiqi, xatircəmliyi və rahatlığı dayanır” . Misirli mütəfəkkir Məhəmməd Əmarə (1931) hesab edir ki, zorla qəbul etdirilmiş iman zahirdə möminlik ifadə etsə də, insanı küfrdən daha təhlükəli “xəstəliy”ə – münafiqliyə sürükləyir . Müsəlman fikrində göstərilir ki, insan – şüurlu varlıq, Allahın göndərdiyi təlimlər də açıq-aydın olduğundan bu təlimləri məcburən qəbul etdirmək doğru deyildir. Məsələn, yuxarıda adını çəkdiyimiz təfsirçi alim Quranın “Dində heç bir məcburiyyət yoxdur” ayəsinin izahında yazmışdı: “Yəni, kiməsə islamı zorla qəbul etdirməyin. Çünki o (islam – E.M), açıq-aydındır, ondakı sübut və dəlillər də aşkardır. Bu səbəbdən islamın kiminsə onu zorla qəbul etməsinə ehtiyacı yoxdur” . Təsadüfi deyildir ki, islamda etiqad azadlığının Qurandakı əsas arqumentlərindən biri olaraq təqdim olunan bu ayə bəzi qərbli müəlliflər tərəfindən “doğruluq və müdrikliyin təcəssümü” kimi xarakterizə edilmişdir. İslamda etiqad azadlığının bütün tərəfləri ilə əks olunmağına baxmayaraq, bir sıra qərbli şərqşünaslar iddia edirlər ki, müsəlman hüququna görə mürtədlərin cəzalandırılması bu azadlıqla ziddiyyət əmələ gətirir. Onlar həm bir sıra dini mətnləri, həm tarixi faktları, həm də müsəlman fiqhində dönüklərin cəzalandırılmasını zəruri edən fitva və görüşləri sübut olaraq göstərirlər. Biz görkəmli mütəfəkkir Əbdülhəmid əbu Süleymanın “Əqidə və hüquqi baxımdan islamda dönüklüyün cəzası” kitabına yazdığımız bu ön sözdə islamın inanc azadlığına verdiyi əhəmiyyəti göstərməklə yanaşı, etiqad azadlığının məhdudlaşdırılması kimi görünən dini mətnlərin obyektiv izahına və nəhayət, dönüklərin cəzalandırılması ilə bağlı tarixi faktların təhlilinə cəhd göstərmişik. Diqqətimizi cəlb edən məsələ dini mətnlərlə bir sıra tarixi faktların üst-üstə düşməməyidir. “Əgər islamda etiqad azadlığı vardırsa, onda nə üçün dönüklər cəzalandırılmışdır?” sualına münasib cavab tapmaq, düşünürük ki, bir sıra qaranlıq məqamlara aydınlıq gətirəcəkdir. İlk növbədə qeyd edək ki, islam fikrində dönüklərin cəzalandırılmasının hüquqi arqumenti kimi, əsasən fiqhi ictihadlar çıxış etmişdir. Deyilməlidir ki, “fəqihlər öz dövrlərinin dili ilə danışmışlar. Onların gəldiyi yekdil qərar – konsensus da (“icma”) bunun nəticəsidir. ...Onlar zamanın ruhu ilə səsləşsin deyə ayə və hədisləri yozmuşlar. Məqsədləri islamı düşmənlərindən müdafiə etmək olmuşdur” . İslamın etiqad azadlığına münasibətini obyektiv şəkildə öyrənmək istəyiriksə, əvvəlcə bu dinin ana mənbələrinə – Quran və hədislərə nəzər salmalıyıq. Çünki hər hansı bir problemlə əlaqəli konkret ayə və hədislər mövcuddursa, islamın həmin problemə baxışını ayrı-ayrı fərdlərin subyektiv yanaşmaları əsasında müəyyənləşdirmək ciddi metodoloji səhv olardı. Qurani-Kərimdə etiqad azadlığından açıq-aşkar bəhs edən onlarla ayə mövcuddur. Bu ayələrdə ifadə olunan fikirləri təxminən aşağıdakı kimi təsnif etmək olar: a. Mömin və ya kafir olmaq hər insanın öz işidir; kiminsə kənardan buna müdaxiləsi yolverilməzdir. Heç kəs insanları hər hansı bir inancı seçməyə məcbur edə bilməz . b. Peyğəmbərlərin vəzifəsi müjdələmək və dini təlimləri çatdırmaqdır (təbliğ etməkdir). Onlar kimisə nəyəsə məcbur etmək səlahiyyətinə malik deyildirlər . c) Hidayət (mömin etmək, doğru yola çıxarmaq) Allaha aid məsələdir və Onun iradəsinə uyğundur. Hətta peyğəmbərlər Allahın köməyi olmadan insanları hidayətə qovuşdurmaq gücünə sahib olmamışlar . ç Dönüklüyə görə kimsə bu dünyada cəzalandırıla bilməz . Ümumiyyətlə, Quranın etiqaddan bəhs edən ayələrinin təhlili göstərir ki, iman və küfr şəxsi məsələdir, heç kəsin, o cümlədən ictimai qurumların, eləcə də dövlətin buna müdaxiləsi yolverilməzdir; kim iman gətirsə, bunun ona ancaq xeyri olar, küfründə qalanlar isə özlərinə zərər etmişlər; vəhy alan, iman və küfr məsələlərinə hamıdan yaxşı bələd olan peyğəmbərlər belə yalnız təbliğ etmək səlahiyyətinə sahibdirlər; Məhəmməd peyğəmbər insanlara nəzarətçi və vəkil deyildir, əsas vəzifəsi müjdələmək, xəbərdar etmək, xatırlatmaq və çatdırmaqdır; hidayət Allahdandır, Peyğəmbər kimisə hidayətə çatdırmaq gücünə sahib deyildir; müxtəliflik Allahın iradəsini əks etdirir; əgər Allah istəsəydi, bütün insanları eyni ümmət daxilində birləşdirərdi. Nəhayət, ayələrdə dindəndönmə haqda danışılsa da, dönüklərin dünyada cəzalandırılması barədə heç nə deyilmir. Göründüyü kimi, Quranda etiqad azadlığının nəzəri aspektlərinin əks olunduğu konkret göstərişlər vardır. Bəzi fəqihlər etiqad azadlığından bəhs edən bu ayələrin öz legitimliyini itirdiyini (“nəsx” edildiyini) iddia edirlər. Təbii ki, bu iddia Quranın universallığı, ondakı təlimlərin həmişəyaşarlığı, zaman və məkanın föqvündə dayanmağı ilə ziddiyyət əmələ gətirir: “Bu elə bir iddiadır ki, zərrə qədər ağlı olan kəs onu rədd edəcəkdir. Əgər həmin ayələr qüvvədən düşmüşdürsə, onları Quranda saxlamağın nə mənası var idi ki?! Ümumiyyətlə, “nəsx” məsələsinin heç bir əsası yoxdur” . Habelə bu iddia “nəsx” əməliyyatının fəlsəfəsi ilə üst-üstə düşmür: “... (Bu) ayələrin “qılınc” ayələri ilə qüvvədən salındığını (nəsx) iddia etmək doğru deyildir. Həm də bu ayələrdə “xəbərvermə” (ixbar) vardır. Üsulşünaslara görə, “ixbar” nəsx edilə bilməz. Bir də ki nəsx – Quranda mövcudluğu zəruri hesab edilsə belə – ya daha faydalı, daha xeyirli, ya da oxşar hökm üçün əvvəlki hökmün qüvvədən salınması deməkdir. Elə isə qətlin sülhdən, əmin-amanlıqdan üstünlüyünü iddia etmək ağılsızlıq olmazdımı?! Yaxud da zor (məcburiyyət) nə vaxtdan sonra azadlıqdan üstün sayılıb?!” Bir sözlə, islam alimlərinin böyük əksəriyyəti etiqad azadlığından bəhs edən ayələrin nəsx edildiyi iddiasını qeyri-məqbul sayır . İslamın etiqad azadlığına düşmən kəsildiyini, zorakılıq və məcburiyyət dini olduğunu iddia edən qərəzli nöqteyi-nəzərin əsaslandırılması zamanı, yuxarıda qeyd etdiyimiz kimi, bəzi hədislər və tarixi faktlar göstərilir. Məsələn, “Dinini dəyişəni öldürün” hədisi məlum qərəzli iddianın irəli sürülməsində arqument rolunu oynayan başlıca dini mətndir. Belə ki İslam fikrində dönüklüyün hüquqi aspektlərinin işlənib-hazırlanmasında dini mətn baxımından məhz bu hədis əsas götürülmüşdür. Amma bu hədis həm etiqad azadlığına çağıran Quran ayələri ilə ziddiyyət təşkil etdiyindən, həm də problemə aydınlıq gətirən digər hədislərlə konkret məzmun kəsb etdiyindən hökm çıxarmada yeganə arqument olmaq statusunu itirir. Hədisdəki ümumi məzmunu digər hədislərlə konkretləşdirmək də mümkündür. Çünki söhbətin hansı şəraitdən, dönüklüyün hansı formasından getdiyini müəyyənləşdirmək məlum hədisin başa düşülməsini asanlaşdıracaqdır. Məsələn, başqa bir hədisdə göstərilmişdir ki, müsəlmanı yalnız üç halda: a) ərli qadınla zina edərsə; b) başqa müsəlmanı nahaq yerə öldürərsə; c) dinindən dönərək camaatı parçalayarsa, cəzalandırmaq lazımdır. Deməli, hədisdə söhbət bütün dönüklərin deyil, həm dindən dönən, həm də müsəlman icmasını parçalayan dönüklərin cəzalandırılmasından gedir. Bəzi müəlliflərə görə, hədisdəki əmr mürtədlərə münasibətdə islamın qəti mövqeyini deyil, müəyyən tarixi şəraitlə əlaqədar komandanlıq qərarını əks etdirir . Başqa yanaşmada isə (Ə. Mərzuq, M. H. Zəqəzrəq və digərləri) qeyd olunur ki, hədisdə müharibəyə hazırlıq dövründə dinini dəyişərək müsəlmanların hərbi düşərgəsindən düşmən düşərgəsinə keçən dönüklərdən söhbət gedir . İraqlı alim M. Ş. Əhmədə görə, bu hədisi ümumi təbliğ və vəhy ifadə edən dini mətn kimi deyil, müəyyən tarixi şəraitlə əlaqəli siyasi qərar kimi nəzərdən keçirmək lazımdır: “...Hesab edirik ki, dönüklüyə aid hökmlər müvəqqəti siyasi hökmlər qəbilindəndir. O siyasi hökmlər ki, vaxtı ilə cəmiyyətdəki siyasi abı-havaya müvafiq olaraq çıxarılıb. Yəni, həmin vaxt din vətəndaş birliyinin göstəricisi, islam dövlətinə sədaqətin əsas meyarı idi. Odur ki dindən dönmək dövlətə qarşı çıxmaq, ona sadiqlik vəhdətini pozmaq mənasına gəlirdi. Bu nöqteyi-nəzərdən dönüklük sistemə qarşı qiyam demək idi” . Deməli, “Mürtədləri öldürün” hədisi mövcud siyasi abı-havanı əks etdirir. İstər erkən islam dövründə, istərsə də sonralar din vətəndaş birliyini şərtləndirir, siyasi bağlılığın başlıca meyarı olaraq nəzərdən keçirilirdi; dindən dönmək dövlətə qarşı çıxıb, siyasi əhdnaməni pozmaq mənasına gəldiyindən dönüklük sistem əleyhinə qiyam kimi qiymətləndirilirdi. Bu məqamda ona da diqqət edilməlidir ki, həmin hədis Mədinə İslam dövləti ilə Məkkədəki Qüreyş hakimiyyəti arasında istər hərbi toqquşmaların, istərsə də siyasi gərginliyin davam etdiyi dövrdə meydana çıxmışdır. Həmçinin, bu hədisdəki əmri dindən dönənlərin qarşı cəbhəyə keçib, müsəlmanlar əleyhinə hərbi kampaniyalarda iştirak etmələri qarşısında Mədinə dövlətinin təbii müdafiə aktı olaraq qiymətləndirmək mümkündür. Təbii ki, barəsində danışdığımız hədisin mövcudluğunu heç kəs inkar etmir və onunla bağlı izahlar, bəlkə də, subyektiv görünür. Amma Peyğəmbər dövrünə aid elə tarixi faktlara rast gəlirik ki, həmin hədisin mütləq hökm olmağını sual altında qoyur. İslam tarixi göstərir ki, Peyğəmbər heç də bütün mürtədlik vəziyyətlərində cəzalandırma yoluna əl atmamışdır. Deməli, mürtədlərin cəzalandırılması müəyyən siyasi şəraitlə əlaqəli olmuşdur. Həzrəti Məhəmmədin islama çağırma üslubu könüllülük, dözümlülük və qənaətbəxş inandırma ilə səciyyələnirdi. Onun etiqad azadlığına münasibəti bütün aydınlığı ilə aşağıdakı faktlardan görünür: a. Peyğəmbər 632-ci ildə Mədinəyə hicrət etdikdə orada yaşayan yəhudiləri islam dinini qəbul etməyə məcbur etməmiş, əksinə, onlarla “Mədinə sənədi” adlandırılan tarixi müqaviləni bağlamışdır. Müqavilənin mətnində nəinki yəhudilərin dini etiqad hüquqları göstərilmiş, həm də onlar müsəlmanların da daxil olduğu “Mədinə ümməti”nin mənsubları hesab olunmuşdular . b. Mədinədə elə nəsil və ailələr vardı ki, cəmiyyət arasında iqtisadi və siyasi cəhətdən nüfuz sahibi idilər. Onlar mövcud vəziyyəti dəyişən, siyasi avtoritetliklərinə zərbə vuran yeni dini – islamı müsbət qarşılamamışdılar. Belə nüfuzlu şəxslərdən biri də Mədinədəki Xəzrəc qəbiləsinin başçısı Abdullah ibn Übey idi. Şəhərdə hakimiyyətin Peyğəmbərin əlinə keçməsi, qəbilələrin onun ətrafında toplanması, bununla da, müsəlmanların nüfuzunun artması Abdullah ibn Übeylə yəhudilərin gizli işbirliyinə səbəb olmuşdu. İş o yerə çatmışdı ki, 624-cü ildə baş vermiş Uhud döyüşündən qabaq Abdullah öz dəstələrini ümumi qoşundan ayıraraq müsəlmanlara xəyanət etmişdi. Quran onları “(əvvəlcə) iman gətirib sonra kafir olan, sonra iman gətirib yenə kafir olan, sonra da küfrünü artıranlar” , “küfr sözünü deyən, islamı (zahirən) qəbul etdikdən sonra kafir olanlar” – deyə xarakterizə edir və bildirir ki, onların üzrxahlığı qəbul olunmayacaqdır . Bu ayələrdə həmin şəxslərin dindən dönmələri haqda açıq-aşkar məlumat vardır. Buna baxmayaraq, Peyğəmbər onları dönüklüklərinə görə cəzalandırmamışdır. v. Peyğəmbərin zamanında baş vermiş konkret dindəndönmə hallarının heç birində cəzalandırma faktına rast gəlinmir. Hərdən elə olurdu ki, bəzi müsəlmanlar qrup və ya fərd halında islamdan imtina etmişdilər. Onların arasında nəinki bir, hətta bir neçə dəfə dindən dönmüş şəxslərə də rast gəlinir. Bəzi faktlara toxunaq. Məhəmməd peyğəmbərin vəhy katiblərindən hesab olunan Mərvan ibn Həkəm dindən dönərək Mədinədən Məkkəyə qaçsa da, cəzalandırılmamış, əksinə, onu bağışlamaq xahişi Peyğəmbər tərəfindən qəbul edilmişdir. Mədinədə ikən on iki müsəlman, o cümlədən Haris ibn Süveyd əl-Ənsari dindən dönərək Məkkəyə qayıtmışdılar. Lakin Peyğəmbər onların öldürülməsi haqda qərar çıxarmamış və baş verənlər Quranda öz əksini bu cür tapmışdı: “Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” Həbəşistana 611-ci ildə hicrət etmiş ilk müsəlman dəstədən Übeydullah ibn Cəhş adlı müsəlman orada xristianlığı qəbul etsə də, Peyğəmbər Həbəş kralı Nəcaşidən onun təslim edilməsini tələb etməmişdir. Həmçinin, övladları xristianlığı qəbul etmiş atanın “Dua et, ey Allahın rəsulu, onlar cəhənnəmə düşsünlər” xahişini yerinə yetirməmiş, “Dində məcburiyyət yoxdur” ayəsini oxumaqla kifayətlənmişdi . Bütün bu faktlar göstərir ki, Məhəmməd peyğəmbərin zamanında dindən dönənlərə cəza tətbiq olunmamışdır. Dedik ki, dönüklərin cəzalandırılması ilə əlaqəli fiqhi hökmlər işlənib hazırlanmışdır. Ümumiyyətlə, araşdırmalar göstərir ki, müsəlman fiqhinin mürtədliklə bağlı hüquqi aspektləri: a) Quranın heç bir qəti ayəsinə deyil, zənn ifadə edən “ahad” hədislərə əsaslanır; b) Hicri eranın ilk əsrlərində fəqihlərin ictihadları əsasında təsis edilib; c) Tarixi faktlar (presedentlər) dönüklüyün hüquqi tərəflərini işləyib hazırlayan fəqihlərin əsaslandığı dəlil rolunu oynayıb . Yuxarıda bildirmişdik ki, mürtədlik probleminin hüquqi tərəflərini təsis edərkən müsəlman hüquqşünasları arqument olaraq, həm də tarixi faktları əsas götürmüşdülər. Başlıca tarixi fakt kimi ilk Raşidi xəlifə Əbubəkr əs-Siddiqin (632-634) hakimiyyəti zamanı dindən dönənlərin cəzalandırılması göstərilmişdir. Amma bu tarixi fakt özündə mürtədlərin cəzalandırılmasına əsas verəcək heç bir ciddi arqumenti ehtiva etmir. Çünki həmin müharibəni başladan tərəf kimi Əbubəkr deyil, mövcud siyasi vəziyyətdən öz maraqları üçün istifadə etməyə çalışan bəzi ərəb qəbilələri çıxış etmişdilər. Onlar Məhəmməd peyğəmbərin vəfatından sonra yeni hakimiyyətə həm zəkat ödəməkdən, həm də tabe olmaqdan imtina etmiş, Mədinəyə hücum etməyi planlaşdırmışdılar. Xəlifə Əbubəkr həm bu qəbilələri zəkat verməyə məcbur etmək, həm də Mədinəni mümkün hücumdan qorumaq üçün onlarla müharibə etməli olmuşdu . Deyilməlidir ki, müharibə “dönükləri haqqa qaytarmaq” şüarı adı altında aparılmırdı. Çünki bu qəbilələrin əksəriyyəti dönük deyildilər, əksinə, zəkat vermək istəmirdilər. Bəzi səhabələrin, o cümlədən Ömər ibn əl-Xəttabın xəlifəyə etiraz edərək onu müsəlmanlarla vuruşmaqdan çəkindirmək istəməsi də buna dəlalət edir. Xəlifə də onlara cavabında həmin qəbilələrlə zəkat vermək istəmədikləri üçün müharibə etdiyini bildirmişdi . Deməli, xəlifənin dönüklərlə müharibəsi onların islam dövlətinə zəkat verməkdən boyun qaçırıb, Mədinəyə hücum etmək istəmələri ilə əlaqəli olduğundan etiqad müharibəsi hesab edilməməlidir. Nəticə etibarı ilə, islam etiqad azadlığına bütün qapıları açmış, insanın iradəsinə, şəxsi seçiminə ehtiramla yanaşmışdır. Dönüklərin cəzalandırılması isə şərait və vəziyyətə görə dəyişən siyasi məsələdir. Həm bir sıra dini mətnlərin, həm də bəzi tarixi faktların siyasi məzmunu müsəlmanların birliyi və gücünə dönüklüyün təsiri çərçivəsində başa düşülməli, etiqad azadlığının məhdudlaşdırılması baxımından nəzərdən keçirilməməlidir. Əziz oxucu! Belə bir aktual mövzu diqqətimizi cəlb etdiyindən görkəmli mütəfəkkir Əbdülhəmid əbu Süleymanın “Əqidə və hüquqi baxımdan islamda dönüklüyün cəzası” kitabını tərcümə etmək qərarına gəldik. Ümid edirik ki, müəllifin mövzuya ənənədən kənar yanaşması, real və obyektiv şəkildə problemi təhlil edib səmərəli nəticələrlə çıxış etməsi sizlərin marağına səbəb olacaqdır.
11.10.2018
Maddi-mәnәvi dәyәrlәrin sarsıldığı, meyarların alt-üst olduğu, әdalәt, xeyirxahlıq vә barış yolunda dolanbacların yarandığı müasir dövrümüzdә istilahların düzgün müәyyәnlәşdirilmәsi, onların mәzmun vә mәnasının açılıb izah edil- mәsi olduqca böyük aktuallıq kәsb edir. Heç bir şübhә yoxdur ki, ümmәtimizin hazırkı durumu ilә bağlı әn vacib mәsәlә mötәdillikdir (әrәbcә «vәsәtiyyә»). Bu anlamın istәr şәriәt vә qanunvericilik, istәrsә dә әqli, ideoloji vә elmi-nәzәri baxımdan sәrhәdlәrinin müәyyәnlәşdirilmәsi günün әn vacib mәsәlәsi olaraq qalır; çünki bu, şәriәtin bizә buyurduğu bir yol, xeyir umduğumuz bir istiqamәtdir. Ümmәtimizin mәdәni varlığı mötәdillik üzәrindә bәrqәrar olub. İdeoloji proseslәrin bir yandan ekstremizm vә zorakılıq, digәr yandan da tәslimçilik vә sәhlәnkarlıq arasında lәngәr vurduğu bir vaxtda bir an dayanıb hәr şeyә yenidәn nәzәr salmağımız, mәfhumların mәruz qaldığı tәhriflәrә düzәliş vermәyimiz, düz yoldan sapmış mövqelәri hidayәtә yönәltmәyimiz gәrәkdir. Mәhz bu sәbәbdәn dә Küveyt dövlәtinin Vәqflәr vә İslam İşlәri Nazirliyi bir mәfhum vә yaşayış tәrzi olaraq mötәdillik mәsәlәsinә xüsusi qayğı göstәrdi. Bu mәsәlә nazirliyin plan vә layihәlәrindә, fәaliyyәt istiqamәtindә mühüm yer tutdu. Nazirliyin mötәdillik mәsәlәsinә xüsusi diqqәt vә qayğısının nәticәsi olaraq Ümumdünya Mötәdillik Mәrkәzi tәsis edildi. Mәrkәzin yaradılmasında әsas mәqsәd ümmәtin mә- dәni yüksәliş yoluna işıq salmaq, bir istilah, mәfhum, prinsip vә meyar olaraq mötәdilliyin hәyatın bütün sahәlәrindә dәrin kök salmasına nail olmaq, müxtәlif alimlәrin vә İslam dәvәtçilәrinin cәlb olunduğu ideoloji vә metodoloji araşdırmalar aparmaq, şәriәt ehkamlarının möhkәm, dәyişmәz prinsiplә- rini rәhbәr tutan, elәcә dә әsrin tәlәblәrinә cavab verәn, sıralarımızı, birliyimizi möhkәmlәndirәn, irs vә mәnbәlәrdәn qidalanan, müxtәlif istiqamәtlәrә yönәlmiş addımları yaxınlaşdıran, eyni zamanda fikir plüralizmini dә rәdd etmәyәn, mәdәni inteqrasiyanın hüdudlarını genişlәndirәn, insanlar arasında sağlam, hәr bir kәsin öz mәnliyini qoruyub saxlamaqla müsbәt әmәkdaşlığın tәlәblәrinә uyğun, әdalәtli münasibәtlәrin formalaşmasına qayğı göstәrәn ümumi bir dün- yagörüşünün yaranmasına nail olmaqdır. İdeoloqların, elm adamlarının vә İslama dәvәt әhlinin sәyi ilә hazırlanan «Mötәdil ümmәt silsilәsi» mәhz kökә bağlılığı vә zәmanә ilә ayaqlaşmağı әsas götürәn bir metodologiyanın möhkәmlәnmәsinә yönәlmişdir. Bu silsilәni hazırlayanlar onun mәdәni proseslәrdә bir tarazlıq yaradacağına ümid bәslәyir, kökdәn qaynaqlanmaqla yanaşı, müxtәlif ideya vә mәfhumların yetişmәsinә rәvac verәn fikir vә rәy plüralizminin dә güclәnmәsini arzulayırlar. Biz bu silsilәni oxucunun öhdәsinә buraxır, ondan öz dәyәrli fikirlәrini bu xoş mәram yolunda әsirgәmәmәsini, bizimlә әlaqә yaratmasını, söhbәtlәr aparmasını dilәyirik. Allah bütün niyyәtlәrdәn xәbәrdardır. Hidayәtә yönәl- dәn dә Odur!
11.10.2018
Aləmlərin rəbbi Allaha həmd olsun! Ondan bağışlanma və hidayət diləyir, kömək istəyirik! Nəfsimizin şərindən, bəd əməllərimizdən Allaha sığınırıq! Allahın qulu və elçisi, dostu, yaratdıqlarının ən yaxşısı, böyüyümüz Məhəmmədə, pak ailəsinə, möhtərəm səhabələrinə, Qiyamətədək onun yolu ilə gedənlərə xeyir-dua və salam göndəririk. Qurani-Kərim – bu ilahi kəlam Allah tərəfindən Etibarlı və Dürüst Peyğəmbərə aləmlərə xəbərdarlıq olsun deyə nazil edilmişdir. Quran Aydınlaşdırıcı Nurdur, Müdrik Xatırladıcıdır, Əziz (möhtərəm) Kitabdır. Fitnələrdən xilas edən, könüllərə şəfa olan, sınaq və möhnətlərdən qoruyan Kitab! “Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz izni ilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (əl-Maidə, 16). Quran doğruluğa yönəldir, sapqınlıqdan uzaqlaşdırır; heyrətamiz tərəfləri tükənməzdir; (iddialara) cavab verməkdən usanmır. Şərəfli Qurana qayıtmağın zəruriliyindən söz açan İmam Məhəmməd ibn İbrahim əl-Vəzir (vəfatı – hicri 840) deyirdi: “Oxşar digər variantları ilə qeyd edilən məşhur bir hədislə kifayətlənək. Bu hədisi “əl-Əmali” kitabında Seyyid İmam Əbu Talib, “Came” kitabında hədis alimi Hafiz Əbu İsa Tirmizi rəvayət etmişlər. Hədisin ravisi Əlinin dostu Haris ibn Abdullah əl-Həməzanidir. Haris deyir: “Məscidin yanından keçirdim. Bir də gördüm ki, insanların başı qızğın söhbətə qarışıb. Əlinin yanına daxil olub gördüklərimi ona xəbər verdim: “Ey Möminlərin əmiri, insanların başının boş söz-söhbətə qarışdığını görmürsənmi?” Soruşdu: “Onlar dediyin kimimi edirlər?” Dedim: “Bəli.” Dedi: “Peyğəmbərin (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) belə dediyini eşitmişəm: “Diqqətli olun! Fitnə-fəsad meydana çıxacaqdır.” Sual etdim: “Ey Allahın rəsulu, bu fitnədən necə xilas olmaq mümkündür?” Dedi: “Allahın kitabı ilə! Onda sizdən əvvəlki və sonrakı (insanlar haqqında) xəbərlər, aranızda (veriləcək) hökm mövcuddur. O, qəti hökm olub, lağı-lağı deyildir. Kim yekəxanalıq edib ondan üz döndərərsə, Allah onun kələyini kəsər. Kim də doğru yolu ondan qeyrisində axtararsa, Allah onu zəlalətə salar. O, Allahın möhkəm ipidir. O, müdrik xatırladıcıdır. O, doğru yoldur. O elə bir kitabdır ki, arzular onunla azmır, dillər dolaşmır, alimlər də ondan doymur; hey təkrarlamaqla köhnəlmir, heyrətamiz tərəfləri bitib-tükənmir. Elə bir kitab ki, cinlər onu dinləyir-dinləməz demişdilər: “Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik. O, haqq yolu göstərir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi rəbbimizə şərik qoşmayacağıq” .Kim onu təsdiqləyərsə, doğru danışar. Kim ona əməl edərsə, savab qazanar. Kim onunla hökm kəsərsə, ədalətli hərəkət edər. Kim də ki ona çağırarsa, doğru yola istiqamətləndirilmiş olar”. Bu hədisi Seyyid İmam Əbu Talib həm də başqa istinadla – Muaz ibn Cəbələ istinadən özünün “Əmali” kitabında rəvayət etmişdir. Həmçinin digər alim – Əbu əs-Səadat ibn əl-Əsir özünün “Came əl-üsul” kitabında bu hədisi Ömər ibn əl-Xəttabdan rəvayət etmişdir. Pak və Uca Allah kitabını yol və üsul olaraq nazil etmiş, onunla bizi zəlalətdən qurtarmış, aləmlərin üzünə rəhmət və hidayət qapılarını açmışdır. Yol göstərdiyi, nemətlər göndərib bizi qayğısı altına aldığı üçün Ona həmd olsun. Həmd olsun ki, Quranla bizi zəngin etmiş, başqa şeylərə möhtac buraxmamışdır: “Məgər (müşriklərə) oxunmaqda olan Kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət (ibrət) vardır!” (əl-Ənkəbut, 51). Diləyimiz budur ki, Uca Allah Quranı könlümüzə sirdaş, gözümüzə nur etsin, bilmədiklərimizi ondan bizə öyrətsin, unutduqlarımızı onunla yadımıza salsın, onu əleyhimizə deyil, lehimizə dəlil qılsın, onunla bizi cənnətə yönəltsin! Həqiqətən də, O, duaları eşidən və qəbul edəndir.
Səhifələr 1 2 3 4 5