2017-11-22 <<>> 3 Rəbiül-əvvəl, 1439
Tarix:Sentyabr 22, 2014

Azərbaycanda din, Hidayət Orucov

Azərbaycanda din: ən qədim dövrdən bu günədək, Hidayət Orucov

az-da din-super oblojkaGörkəmli qələm sahibi Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı belə bir sanballı əsəri araya-ərsəyə gətirməsi heç də təsadüfi deyil. Çünki onun dövlət xadimi kimi uzun illər daşıdığı məsul vəzifələr bilavasitə din sahəsi ilə bağlı olmuşdur. Dövlət-din münasibətlərinin qurulması və tənzimlənməsi prosesində toplanmış zəngin nəzəri bilik və praktik təcrübə öz bəhrəsini verməli idi. Bu əsər Azərbaycan dinşünaslığında dinlərin tarixini bütövlükdə özündə əks etdirən ilk fundamental monoqrafiyadır. Monoqrafiya dörd böyük fəsildən ibarətdir. Fəsillər dinlərin zaman-zaman formalaşdığı qədim, yeni və ən yeni dövrləri əhatə edir. Əsərdə dövlət-din münasibətlərinin ayrı-ayrı ictimai-siyasi formasiyalar sistemində özünəməxsus keyfiyyətlər qazanaraq, böyük intibah dövrü keçməsi, onun müstəqil Azərbaycan Respublikasının timsalında yaranmış tarixi xronologiyası mükəmməl şəkildə təqdim olunur. Monoqrafiyaya tarixi-dini məbədlər barədə məlumatlar da daxil edilmişdir. Kitab dinşünaslar, ilahiyyatçılar, şərqşünaslar, tarixçilər, dinlə əlaqəli digər sahələrdə tədqiqat aparan mütəxəssislər, eləcə də ali məktəb müəllimləri və tələbələri üçün qiymətli vəsaitdir.