2017-11-22 <<>> 3 Rəbiül-əvvəl, 1439
Tarix:Sentyabr 22, 2014

Dialoq və fikir ayrılığı ədəb-ərkanı

(Salim əl-Bəhnəsavi)

DialoqMərhum professor oxucunun diqqətini son dərəcə mühüm məsələyə yönəldir: bu, bir məsələnin mahiyyətini bilmədən onun barəsində ədəb-ərkandan kənar mübahisələrə girməyin doğurduğu ədavət və parçalanmadır. Odur ki o, müxtəlif ayələrin nə üçün nazil olmağı haqda danışır, hədislərin nə mənaya gəldiyini qənaətbəxş müqayisə və izahlarla oxucuya başa salır. Dialoqun əhəmiyyətinə toxunan müəllif bildirir ki, bunun üçün Quranın üslubuna nəzər salmaq kifayətdir. O bildirir ki, Allah Təala Quranda yaratdıqları ilə dialoq aparmışdır. Düşmənləri ilə dialoqda peyğəmbərlərin üslubundan bəhs edən kitabda kafirlərlə, Kitab əhli ilə, İsrailoğulları ilə dialoq formalarından misallar göstərilib. Kitab haqqında çox danışmaq istəmirik, qoy oxucu özü onu mütaliə etsin, yeni və maraqlı faktlarla, məlumatlarla tanış olsun. Mütaliə əsnasında əmin olacaqdır ki, vaxtını hədər etməyib: o, sanballı ədəbiyyatla qarşı-qarşıya olduğunu yəqinliklə anlayacaqdır.
Ümid edirik ki, əziz oxucu ona təqdim etdiyimiz növbəti kitabımızı mütaliə etməklə islama dair biliklərini genişləndirəcək, bəlkə də, hər gün qarşılaşdığı problemə mübahisə və polemika abı-havasına düzgün münasibət bildirəcəkdir.